İmişlidə 83 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb. “İki sahil” “Qafqazinfo”-ya istinadla xəbər verir ki, rayonun Ağamalılar kənd sakini 1936-cı il təvəllüdlü Səfərova Zibeydə Nüsrət qızı elektrik çaydanından çay süzmək istəyən zaman onu elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.