21 avqust 2019 13:17
812

"Çelsi" Zappakostanı "Roma"ya verdi

"Çelsi" müdafiəçisi Davide Zappakostanı "Roma"ya icarəyə verib.

Qol.az İtaliya klubunun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. "Canavarlar" Zappakostanı birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Çelsi" italiyalı futbolçunu 2017-ci ildə "Torino"dan transfer edib.