13 avqust 2020 12:19
1076

Çempionlar Liqasında “Leyptsiq” “Atletiko”ya qarşı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

“İki sahil”xəbər verir  ki, Almaniya “Leyptsiq”i İspaniyanın “Atletiko” klubu ilə qarşılaşacaq. Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq matçı polşalı hakim Şimon Marçinyak idarə edəcək.

1/4 finalın ilk oyununda Fransa çempionu PSJ İtaliya “Atalanta”sını 2:1 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası

1/4 final

13 avqust

23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya)

Baş hakim: Şimon Marçinyak.

Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu