20 oktyabr 2020 01:35
710

Çempionlar Liqasında qrup mərhələsi start verilir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinə start veriləcək.

"İki sahil" xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçiriləcək.

G qrupu çərçivəsində “Yuventus” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşacaq. Qrupun digər oyununda “Barselona” Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək.

Günün maraqla gözlənilən qarşılaşmasında H qrupunda yer alan PSJ və “Mançester Yunayted” Parisdə üz-üzə gələcək. Qrupun digər oyununda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” “Leyptsiq”in qonağı olacaq.

Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
20 oktyabr

F qrupu
20:55 Zenit (Rusiya) – Brügge (Belçika)
23:00 Latsio (İtaliya) – Borussiya (Dortmund, Almaniya)

G qrupu
20:55 Dinamo (Kiyev, Ukrayna) – Yuventus (İtaliya)
23:00 Barselona (İspaniya) – Ferentsvaroş (Macarıstan)

E qrupu
23:00 Renn (Fransa) – Krasnodar (Fransa)
23:00 Çelsi (İngiltərə) – Sevilya (İspaniya)

H qrupu
23:00 PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə)
23:00 Leyptsiq (Almaniya) – Başakşəhər (Türkiyə)