25 yanvar 2021 16:42
850

“Chevron” neft sızmasına görə məsuliyyəti boynuna almayıb

“İki sahil” “premiumtimesng.com” saytına istinadən xəbər verir ki, “Chevron”enerji şirkətinin Nigeriya qolu Atlantik sahillərində, əməliyyatlar apardığı Funiva ofşor platforması yaxınlığında baş vermiş sızmada günahkar olmadığını açıqlayıb.

“Biz hadisə yerində müşahidələr aparırıq. "Chevron Nigeria” tərəfindən aidiyyəti qurumlara sızma barədə xəbər verilib”,-deyə şirkətin siyasət, hökumət və ictimaiyyətlə əlaqələr şöbəsinin baş meneceri Esimaje Brikinn açıqlayıb. O bildirib ki, “Chevron Nigeria” Nigeriyanın neft sənayesinin qayda və qanunlarına əməl edərək fəaliyyət göstərir, insanların və ətraf aləmin təhlükəsizliyinə təminat verir.