23 sentyabr 2019 12:32
718

Çin kosmosa “Beidou-3” naviqasiya sistemi üzrə iki peyk göndərib

Sentyabrın 23-də Çin orbitə “Beidou-3” (BDS-3) naviqasiya sistemi üzrə iki peyk göndərib. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, M-19 və M-20 kosmik aparatlarının “Çançjen-3B” raketdaşıyıcısı və “Yuançjen-1” yuxarı pilləli raketi ilə buraxılışı ölkənin cənub-qərbində yerləşən Sıçuan vilayətinin Siçan kosmodromundan həyata keçirilib.

Korporasiyanın məlumatında bildirilir ki, Çinin “Beidou” qlobal naviqasiya sisteminin yaradılması prosesi 2020-ci ildə başa çatacaq. Həmin vaxt bu sistemin orbitdə fəaliyyətinin təmin edilməsi məqsədilə kosmosda onlarla kosmik aparat işləyəcək. Çin artıq kosmosda üç nəsil naviqasiya peykini (BDS-1, BDS-2 и BDS-3) yerləşdirib.

“Çançjen” raketdaşıyıcılarının 312-ci buraxılışı da qeydə alınıb. Hazırda Çin onların vasitəsilə “Beidou” peyklərinin 48-ni orbitə göndərə bilib, bu aparatlardan 23-ü isə BDS-3 sisteminə daxildir. Bu ölkə son illər milli kosmik proqramını daha fəal şəkildə həyata keçirərək orbitə meteoroloji, telekommunikasiya və naviqasiya peykləri göndərir. Ayın tədqiqi ilə də məşğul olan Çin korporasiyası 2020-2025-ci illərdə Marsın öyrənilməsi missiyasını da həyata keçirmək niyyətindədir.