05 dekabr 2019 10:30
576

Çində 4,5 bal gücündə zəlzələ baş verib

Çinin şimal hissəsindəki Xıbey vilayətində dekabrın 5-də yerli vaxtla səhər 8:02-də (Bakı vaxtı ilə 4:02) 4,5 bal gücündə zəlzələ olub.

AZƏRTAC Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, Pekindən 175 kilometr məsafədə yerləşən Tanşan şəhərində qeydə alınan yeraltı təkanlar paytaxtda da hiss olunub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.