13 oktyabr 2019 11:15
758

Çində 5,2 bal gücündə zəlzələ olub

Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonunda 5,2 bal gücündə zəlzələ olub.

AZƏRTAC Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanlar rayonun Beyliu yaşayış məntəqəsi ərazisində yerli vaxtla 22:55-də (Bakı vaxtı ilə 18:55) baş verib. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.