19 iyul 2019 18:36
647

Çində 5,6 bal gücündə zəlzələ olub

Çinin cənub-qərbindəki Tibet muxtar əyalətində 5,6 bal gücündə zəlzələ olub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin verdiyi məlumata görə, təbii hadisə Şannan şəhərindəki Cona yaşayış mərkəzində baş verib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib.