Çinin cənub-qərbindəki Sıçuan əyalətində aramsız leysan yağışları nəticəsində azı 6 nəfər həlak olub.
Daha 5 nəfər itkin düşmüş hesab edilir. Yağıntılar əyalətin bir neçə şəhərində ciddi fəsadlara yol açıb. Çoxlu sayda yaşayış evinə ziyan dəyib.
Dünən başlayan yağış bu gün səhər saatlarınadək davam edib. //Trend