26 fevral 2020 17:05
1639

Çində avtomobil satışı 19% azalıb

Bu ilin yanvar ayında Çində avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% az olub. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Birliyinin (CAAM) hesabatında bildirilir.

Sənədə əsasən, son 1 ildə ən çox azalma elektrikli nəqliyyat vasitələrinin satışında olub - 51,6%. 

Xatırladaq ki, CAAM fevralın 13-də açıqladığı hesabatda yanvar ayı üzrə illik azalmanın 18% olacağını proqnozlaşdırmışdı. Qurum hesab edir ki, ölkədə yayılmış koronavirusun təsiri ilə fevral ayı üzrə illik azalma daha çox olacaq.