14 oktyabr 2019 20:49
685

Çində bank binasının uçması nəticəsində ölən və itkin düşənlər var

Çinin Cilin vilayətində kommersiya banklarından birinin filialının yerləşdiyi binanın uçması nəticəsində bir nəfər ölüb, 4 nəfər dağıntı altında qalıb.

AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, hadisə Bayçen şəhərində səhər saatlarında baş verib. Dərhal hadisə yerinə gələn mülki müdafiə qüvvələri yüngül xəsarət almış 4 nəfəri xilas edərək xəstəxanaya yerləşdiriblər. Hazırda hadisə yerində 110 nəfərlik canlı qüvvə axtarış işləri aparır.

Hadisənin səbəbləri barədə dəqiq məlumat yoxdur.