15 aprel 2019 19:39
79

Çində ölkənin ən böyük ticarət sərgisi işə başlayıb

Çinin Quancou şəhərində dünyanın ən böyük ticarət sərgilərindən biri – Çin idxal və ixrac sərgisinin (Kanton sərgisi) yaz sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Kanton sərgisi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə ölkədə ən böyük bu cür tədbir hesab olunur. Çinin xarici ticarətinin barometri sayılan sərginin ekspozisiya sahəsi 1,18 milyon kvadratmetrdir. Ümumilikdə, 26 minə yaxın şirkət sərgidə öz məhsullarına və xidmətlərinə müştəri axtarır. Bu şirkətlərin 650-si 38 xarici ölkədəndir.

Üç mərhələdən ibarət sərgi mayın 5-dək davam edəcək.