21 iyun 2019 15:50
1228

Çinin virtual reallıq bazarı iki ilə 7,9 milyard dollara çatacaq

Çinin virtual reallıq (VR) texnologiyası bazarı illik orta hesabla 95 faiz artaraq 2021-ci ilədək 54,45 milyard yuana (təxminən 7,9 milyard ABŞ dolları) çatacaq.

AZƏRTAC xəbər verir ki, bunu Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi U Şenu VR sənayesinə dair dünya konfransına həsr olunan mətbuat konfransında deyib.

Ölkəsində bu sahənin uğurla inkişaf etdiyini bildirən nazirlik rəsmisi Çinin VR avadanlığının istehsalı üzrə ön sıralarda olduğunu bildirib. U Şenu Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin bu sahədə tədqiqatları, VR istehsal edən müəssisələri dəstələməyə davam edəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, bu il Dünya Virtual Reallıq Konfransı oktyabrın 19-21-də Çinin Nançan şəhərində keçiriləcək.