03 dekabr 2020 14:15
542

ÇL-in tarixinə düşən fransalı

"Çelsi"nin futbolçusu Olivye Jiru Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, 34 yaşlı fransalı hücumçu turnirdə ən yaşlı poker edən oyunçu ünvanına sahib çıxıb.

Belə ki, Jiru qrup mərhələsinin V turunda İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda bütün qolların müəllifi olub.

Onu da bildirək ki, Olivye 2018-ci ildən "Çelsi"də çıxış edir.