14 fevral 2020 16:29
1835

Cim Karri: Bir sən qaldın

4 illik fasilədən sonra “Kirpi Sonic” filmi ilə tamaşaçı qarşısına çıxan məşhur aktyor jurnalistə verdiyi qalmaqallı cavabı ilə gündəm olub.

“İki sahil” xəbər verir ki, o, “Heat” jurnalına verdiyi müsahibə zamanı xanım jurnalist Şarlotte Lonqun, “Filmdə Sonicin ölməzdən əvvəl görəcəyi işlərin siyahısı var. Maraqlıdır, karyeranızda gördüyünüz bu qədər işlərdən sonra sizin o siyahıdan reallaşdırmadığınız nə isə qalıb?”, sualına aktyor, “Sadəcə sən qaldın”, cavabını verib.

Aldığı cavabdan şoka düşən jurnalist, “Buna nə deyəcəyimi bilmirəm”, deyib.