20 fevral 2019 19:32
669

Corco Kyellini: Serxio Ramos indi dünyada ən yaxşı müdafiəçidir

Turinin “Yuventus” klubunun kapitanı Corco Kyellini deyib ki, “Real”ın müdafiəçisi Serxio Ramos indiki məqamda öz ampluasında dünyada ən yaxşı futbolçudur. AZƏRTAC bunu TASS agentliyinə istinadla bildirir.

“Daily Mail” Kyellinin bu sözlərini sitat gətirib: “Mən özümü dünyada ən yaxşı müdafiəçi saymıram. Hazırda dünyada ən yaxşı müdafiəçi adına Serxio Ramos layiqdir. Özü də o, bu mövsümdə 11 metrlik zərbələr vurmağa başlayıb. Ramos, demək olar, səhv etmir, lap əgər səhv etsə də, axı kimin səhvi olmur. O, həm meydanda, həm də onun hüdudlarından kənarda öz komandasının lideridir. Ramos matç zamanı hər iki komandanın oyununa təsir göstərən futbolçulardandır”.

Ramos 2008, 2012, 2013, 2014, 2015, 2016, 2018-ci illərdə UEFA-nın versiyasına görə, ilin rəmzi yığmasının heyətinə daxil olub. UEFA-nın digər versiyasına görə, 2017-2018-ci illər mövsümünün ən yaxşı müdafiəçisidir.