27 yanvar 2021 21:29
928

Coş Dann faciəvi hadisə nəticəsində dünyasını dəyişib

İrlandiyalı futbolçu Coş Dann faciəvi hadisə nəticəsində dünyasını dəyişib.

"İki sahil" xəbər verir ki, 16 yaşlı oyunçu küçə davası zamanı qətlə yetirilib. İnsident paytaxt Dublində baş verib. Kütləvi davada müxtəlif dərəcəli bədən xəsarətləri alan Dann xəstəxanada keçinib. Yerli polis qətl hadisəsi ilə bağlı cinayət işi açıb. Qeyd edək ki, Coş Dann ölkəsinin "Bohemian" klubunun akademiyasında çıxış edib.