03 iyul 2020 11:06
1545

COVID-19 insan orqanizminə hansı təsirləri göstərir?

COVID-19 insan orqanizminə hansı təsirləri göstərir?

Dekabr ayında Çinin Uhan şəhərində başlayan koronavirus epidemiyası artıq bütün dünyada sürətlə yayılmaqdadır. Bununla birlikdə dünyada 6500-ə yaxın insan həyatını itirdi. Bəs virus bədənə necə hücum edir? Niyə bəzi insanlar ölür, bəziləri sağalır.

İnkubasiya müddəti

Bu, virusun orqanizmə daxil olduğu dövrdür. Virus əvvəlcə hüceyrələrdə məskunlaşır və sonra onları tutur. Rəsmi adı Sars-CoV-2 olan koronavirus orqanizmimizə nəfəs (yaxın bir adam tərəfindən öskürək) və ya yoluxmuş səth və ya virusa yoluxmuş insanla təmas yolu ilə daxil olur.

Virus əvvəlcə boğaza, tənəffüs yollarına və ağciyərlərə daxil olur. Bu orqanlar qısa müddətdə "koronavirus fabriklərinə" çevrilir.  Buradan yayılan çox sayda yeni virus digər hüceyrələrə də daxil olur. Bu erkən mərhələdə insanlar xəstəlik əlamətlərini hiss etmirlər. Bəzi hallarda, hətta simptomlar da görünmür. Yoluxma və ilk simptomların göründüyü vaxt arasında inkubasiya dövrü orta hesabla beş gündür.

Yüngül hallar

Koronavirus xəstələrinin əksəriyyəti bu qrupdadır. 10 nəfərdən səkkizi xəstəliyi yüngül keçirir. Ümumi simptomlar yüksək temperatur və öskürəkdir. Əzələ ağrıları, boğaz və baş ağrılarını da görmək mümkündür. Ancaq bunlar görünməyə də bilər.

Temperaturun yüksək olması immunitet sisteminin infeksiyaya cavab verməsindən qaynaqlanır. İmmunitet sistemi sitokinlər adlanan kimyəvi maddələr ifraz edərək orqanizmimizin digər hissələrini stimullaşdırır. Bu vaxt əzələ ağrıları, boğaz ağrısı və yüksək temperatur müşahidə olunur.

Koronavirus öskürəyi əvvəlcə quru olur. Bunun səbəbi yoluxmuş hüceyrələrin qıcıqlanmasıdır.  Bu mərhələ təxminən bir həftə çəkir. Bir çox insanın immunitet sistemi virusa qalib gəldiyi üçün bu mərhələdə sağalır. Ancaq bəzi insanlarda vəziyyət pisləşə bilər.

Mövcud məlumatlara görə, inkubasiya mərhələsi bu simptomlarla müəyyən edilir. Ancaq bəzi son tədqiqatlar bu dövrdə burun axması kimi soyuqdəymə simptomlarına bənzər simptomların da görünə biləcəyini göstərib.

Ağır hallar

İmmunitet sistemi virusa həddindən artıq reaksiya verirsə, xəstəlik irəliləyir. Bədənə göndərilən kimyəvi siqnallar iltihaba səbəb olur. Orqanizm bu siqnalları dəqiq şəkildə balanslaşdırmalıdır, lakin balanslaşdıra bilmədiyi üçün həddindən artıq iltihab yaranır və bu bütün bədənə zərər verir.

Londondakı Kral Kolleci Universitetinin nümayəndəsi Natali MacDermott "Virus immunitet sisteminin reaksiyasında bir tarazlıq yaradır, həddindən artıq iltihab meydana gəlir. Hələlik virusun necə olduğunu bilmirik"- deyə bildirib.

Ağciyərlərdə iltihab sətəlcəm adlanır.

Ağıza daxil olan virus traxeyadan ağciyərlərə enəndə ağciyərlərdə kiçik hava kisəcikləri əmələ gəlir. Qana oksigen qarışdıqda karbon qazı çıxır. Ancaq sətəlcəmdə bu kisəciklər su ilə dolmağa başlayır və nəfəs almaqda çətinlik yaradır. Bəzi insanlar bu mərhələdə respiratora bağlanmalıdırlar. Çindən gələn məlumatlara görə, xəstəliklərin 14 faizi bu səviyyədədir.

Kritik hallar

Kritik hallar koronavirusa yoluxanların 6 faizini təşkil edir.

Bu mərhələdə orqanizm öz funksiyalarını yerinə yetirə bilmir və ölüm riski yaradır. Bu dövrdə immunitet sistemi nəzarətdən çıxır və bütün bədənə zərər verməyə başlayır. Septik şok qan təzyiqi təhlükəli olduqda və ya orqanlar işləmədikdə baş verə bilər. Ağciyərlərdə həddindən artıq iltihablanma nəticəsində yaranan kəskin tənəffüs çətinliyi sindromunda orqanizm yaşamaq üçün lazım olduğu qədər oksigen ala bilmir. Nəticədə böyrəklər qanı təmizləyə bilmir və bağırsaq divarları zədələnir.

Tədqiqatçı Bharat Pankhania bildirib ki, virus qarşısıalınmaz bir iltihaba səbəb olur və çox sayda orqan çatışmazlığı meydana gəlir. İmmunitet sistemi virusu məğlub edə bilmirsə, o,  bütün bədənə yayılır və daha çox zərər verir.

Röya Rasimqızı,

“İki sahil”