27 yanvar 2020 17:38
1187

Dağıntılar altından son cəsəd çıxarılıb

Türkiyədə baş vermiş zəlzələ zamanı dağıntılar altından son cəsəd çıxarılıb

Türkiyənin Elazığ şəhərində baş vermiş 6.8 bal gücündə zəlzələ zamanı dağıntılar altından son cəsəd çıxarılıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu bildirib.

Beləliklə təbii fəlakət zamanı həlak olanların sayı 41-ə çatıb. Dağıntılar altından 45 nəfər sağ çıxarılıb.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.