AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamneyinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
O bildirib ki, BMT-nin Dağalıq Qarabağın işğaldan azad edilməsi haqqında 4 qətnaməsi var. İran da BMT-nin üzvü kimi bu qərarların yerinə yetirilməsini istəyir.
Ə.Vilayəti diqqətə çatdırıb ki, münaqişə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Dağlıq Qarabağ azad edildikdən sonra onlar öz doğma yurdlarına qayıtmalıdırlar.