12 fevral 2020 17:33
1363

Dağlıq Qarabağda iki erməni əsgəri ölüb

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz şəkildə yerləşdirilən iki erməni əsgəri ölüb.

“Report” “News.am”a istinadən xəbər verir ki, hər iki fakt fevralın 12-də qeydə alınıb. 

Ölən əsgərlər 2000-ci il təvəllüdlülər - Tiqran Manevlyan və Tiqran Mxoyandır. Onlar ayrı-ayrı vaxtlarda naməlum şəraitdə aldıqları güllə yarasından ölüblər.

Faktlarla bağlı araşdırma aparılır.