20 may 2020 14:43
3159

Daha uzun yaşayacağınızı göstərən 8 fakt

Sağlam vərdişlər ömrün uzanması üçün yeganə şərt deyil. Bir neçə əlamətlər var ki, onlar uzunömürlülüyün göstəricisidir. Məsələn, siz artıq çəkili və iştahlı biri ola bilərsiniz, ancaq qarın nahiyənizdə piylənmə yoxdursa, ömrünüzün uzun olma şansı artır. Aşağıda uzunömürlülüyün əlaməti sayılan faktlarla tanış ola bilərsiniz:

Yaşınızdan cavan görsənirsinizsə;

Hollandiya alimləri tərəfindən maraqlı bir təcrübə həyata keçirilib. Onlar 187 cüt əkiz üzərində 2001-ci ildən 2013-cü ilə qədər müşahidələr aparıblar. Nəticədə məlum olub ki, yaşından daha gənc görünən əkizlər daha çox yaşayırlar.

Qadınsınızsa;

Alimlər hesab edirlər ki, qadınlar birmənalı olaraq,  kişilərdən 6-8 il daha uzun yaşayırlar. Bu, qadınların bioloji üstünlüyü və davranış fərqləri ilə bağlıdır.

33 yaşdan sonra övlad dünyaya gətirmisinizsə;

Bəzi tədqiqatçılar məhz belə nəticəyə gəliblər ki, qadınların reproduktiv sistemi qocalmaya təsir göstərir. Reproduktiv orqanların zəif qocalması bədənin digər üzvlərinin də qocalmasının qarşısını alır.

Bədən çəkinizin indeksi 18,5-25 arasındadırsa;

Tədqiqatlar göstərir ki, piylənmə uzunömürlülüyün qarşısını alır. Alimlər hesab edirlər ki, bədən kütləsinin normal indeksi 18,5-25 arasında olmalıdır. Bu indeks sağlam orqanizmin tövsiyə olunan göstəricisidir. Artıq çəki indeksi 25-30, piylənmə indeksi isə 30-35 arasında olur. Bəs bədən kütləsinin indeksi nədir?

 Bədən kütləsi indeksi bədən yağının faizini hesablamaq üçün çəkinin hündürlüyə nisbətini istifadə edən bir formuladır.

Qarın hissədə piylənmə yoxdursa;

Hətta artıq çəkili olmayan insanlarda da qarın hissədə piylənmə varsa, ürək-damar xəstəliklərinə, ömrün uzunluğuna təsir edir. 2000-2016-cı illər ərzində bir qrup xəstə üzərində aparılan təcrübələr göstərib ki, qarında piylənmə sağlamlıq üçün olduqca təhlükəlidir.

Çox yatırsınızsa;

Yuxunun da uzunömürlülüklə bağlılığı var. Sutkada 5-7 saatdan az yuxu uzunömürlülüyün qarşısını 12% alır. Tibb mütəxəssisləri hər yaş qrupu üçün xüsusi yuxu rejimi müəyyən ediblər:

Gənclər (18-25 yaş): gün ərzində 7-9 saat

Yetkin yaşlı insanlar (26-64 yaş): gün ərzində 7-9 saat

Yaşlılar (65+): gün ərzində 7-8 saat

Sağ ələ üstünlük verirsinizsə;

100% sübut olunmasa da, bəzi tədqiqatlar göstərir ki, sağ əlindən daha çox istifadə edən insanlar solaxaylarla müqayisədə daha uzun ömür sürürlər.

Hündürboylu qadınsınızsa;

Maraqlıdır ki, müşahidələr göstərir ki, hündürboylu qadınlar daha uzunömürlü olurlar. Kişilərdə isə boyun uzunömürlülüklə əlaqəsi yoxdur. Kişilər daha çox gündəlik olaraq, ən az 60 dəqiqə məşq etməklə uzunömürlülüyə nail ola bilərlər.

Nubar Süleymanova, “İki sahil”