Britaniyalı milyarder, ölkənin ən böyük qəzetlərindən biri olan “Daily Telegraph”ın sahibi Devid Barklay vəfat edib.
"İki sahil" xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.
O, 86 yaşında dünyasını dəyişib.
“Böyük bir qəzeti xilas edən, Birləşmiş Krallıqda minlərlə iş yeri yaradan Barklayla hörmət və qürurla vidalaşıram”, - deyə Baş nazir Boris Conson “Twitter” hesabında yazıb.
2020-ci ildə “Sunday Times” tərəfindən dərc olunan ən varlı insanların reytinq siyahısına əsasən, əkiz qardaşı ilə birgə onun varidatı 9,5 milyard dollar qiymətləndirilib.