29 yanvar 2020 15:59
1277

Demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin əsasını təşkil edir - FOTO

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ramil Həsən  parlament seçkilərinin  təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qarabörk, Rəstəcə və Gəraybəyli kəndlərinin seçiciləri ilə görüş keçirib.

Görüşlərdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Ş.Abdullayeva çıxışında bütün seçiciləri bir daha Ramil Həsənə səs verməyə çağırıb. Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə  getdiyini bildirib.

Partiyanın namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb, YAP-ın seçki proqramı haqqında məlumat verib. Qeyd edib ki, YAP-ın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə dinamik inkişafa nail olunub. R.Həsən vurğulayıb ki, demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi əsasını təşkil edir: “Xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir. Buna görə də əminəm ki, YAP-ın namizədləri bu seçkilərdə də əzəmətli qələbə qazanacaqlar.”

 Çıxışının sonunda R.Həsən seçiciləri YAP-ın namizədinə səs verməyə dəvət edib.

Seçicilərdən  Qarabörk kənd sakinləri Ağaisa Həsənov, Sabir Cəfərov, Dilbər Qurbanova, Zeynəb Əliyeva, Rəstəcə kənd sakinləri Əbülfət Qafarov, Cavanşir Fətəliyev, Zülfüqar Kərimov, Rahib Rəsulov, Əbil Mehtiyev, Nurlan Hüseynov, Mirəli Əzizov və Rafiq Hacıyev edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.

Daha sonra deputatlığa namizəd Ramil Həsən Qarabörk kənd ağsaqqalı Teymur Cəfərov və şəhid Marif Abdullayevin həyat yoldaşı Qəmər Abdullayeva, Rəstəcə kənd ağsaqqalı Rafiq Abdullayev, şəhid İsmayıl Nəzərovun həyat yoldaşı Bəyimxanım Nəzərova və şəhid Dünyaz Abdullayevin atası Ənvər Abdullayev ilə evlərində görüşüb.

Orxan Vahidoğlu, “İki sahil”