29 yanvar 2020 18:13
1517

Deputatlığa namizəd şəhid ailəsi ilə görüşüb - FOTO

Yeni Azərbaycan Partiyasının 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizədi Anar İsgəndərov seçicilərlə görüşlərini davam etdirir. Anar İsgəndərov fərdi görüşlər çərçivəsində bugün aprel döyüşlərində şəhid olmuş Nurlan Əsgərlinin ailəsi və digər seçicilərlə görüşüb. Şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanan namizəd şəhidlərin hər zaman xalqın ürəyində yaşadığını, ölməz olduqlarını bildirib.

Sonra seçicilər qarşısında çıxış edən A. İsgəndərov Yeni Azərbaycan Partiyası tərəfindən 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsinə görə təşəkkürünü bildirib.

YAP-ın namizədi cənab Prezident İlham Əliyevin Azərbaycanın bütün bölgələrinə, o cümlədən Masallıya böyük qayğı göstərdiyini qeyd edib: “Bu qayğı nəticəsində də Masallı rayonunda bu gün inkişaf müşahidə olunur. Möhtərəm Prezidentimizin Masallının sosial-iqtisadi inkişafı ilə bağlı kifayət qədər tapşırıqları olub. Və bu tapşırıqların yerinə yetirilməsi nəticəsində rayonda hər bir sahədə nailiyyətlər var. İstər kənd təsərrüfatında, istərsə də istehsalat sahəsində gözəl nəticələr əldə edilir. Son illər çayçılığın inkişafı yönündə ciddi addımlar atılır. Masallının əhalisi zəhmətkeş əhalidir, onlar uğuru halal zəhmətdə görürlər. Eləcə də rayonda “ASAN xidmət” mərkəzi yaradılıb ki, insanlar bu xidmətdən çox razıdırlar. Həmçinin Masallı  Olimpiya İdman Kompleksi gənclərin xidmətindədir. Bir sözlə, rayonda hərtərəfli inkişaf gedir, əhalinin rifah halı davamlı olaraq yüksəlir. Rayona gələn qonaqlar şahidi olurlar ki, Masallı doğrudan da gözəlləşib, onun insanları  zəhmətkeşdir.”

Taleh Bağırov, “İki sahil”