02 iyun 2020 18:19
2045

Dərsliklər məktəblərə nə vaxt qaytarılacaq?

Məktəblərdə ilk növbədə buraxılış siniflərinin dərsliklərinin təhvil alınması prosesi həyata keçirilməlidir. “İki sahil” Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib. Onun sözlərinə görə, 1-5-ci sinif şagirdlərinin dərslikləri 1-15 sentyabr tarixlərində məktəblərə geri qaytarılmalıdır. Digər siniflərdə isə dərsliklərin qaytarılması 1-15 iyun tarixlərində həyata keçirilməlidir.