11 dekabr 2019 15:42
1393

Di Kaprio Kendalla sevgilidir? - FOTO

Hollivud ulduzu Leonardo Di Kaprionun adı bu dəfə dünyaca məşhur model Kendall Cennerlə hallanır.

"İki sahil" Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə qərb KİV məlumat yayıb. İddia olunur ki, 45 yaşlı aktyor "Morrone Mərakeş" Film Festivalında Kendalla yaxınlaşmağa başlayıb.

Mərakeşdə yaranan səmimi münasibət Amerikada da davam edib. "Radar Online"nın məlumatına əsasən, Di Kaprio ilə Cenner ötən həftə sonu Mayamidəki bir barda səhərədək əylənib. Şahidlərin sözlərinə görə, hər iki tanınmış münasibətlərini gözlərdən uzaq yaşamaq niyyətindədirlər.

Maraqlısı odur ki, Leonardonun yeni ayrıldığı sevgilisi Kamila Morrone ilə Kendall rəfiqədir. "Victoria Secret" brendinin iki siması dəfələrlə bir arada görüntülənib, fotoqraflara səmimi poza veriblər.

Qeyd edək ki, Cennerin bundan əvvəl Bred Pitt və basketbolçu Blake Grifflə sevgili olması barədə xəbərlər yayılmışdı.