22 fevral 2019 20:41
677

Dieqo Qodin həftənin oyunçusu seçilib

Dieqo Qodin UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib

Fevralın 22-də UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu “Atletiko Madrid” klubunun uruqvaylı müdafiəçisi Dieqo Qodindir. O, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində ən yaxşı futbolçu seçilib.

Otuz üç yaşlı futbolçu səkkizdəbir final mərhələsində İtaliyanın “Yuventus” klubu ilə ilk matçda bir qol vurub və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, qarşılaşma “Atletiko”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü martın 12-də olacaq.