28 yanvar 2020 10:55
1120

DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq! - aldanmayın! - FOTO

Son günlər sosial şəbəkələrdə, xüsusən “Instagram” platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara, guya, internet xidmətləri göstərən səhifələrin sayı artır. Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur.

DİN-in mətbuat xidmətindən “İki sahil”ə daxil olan məlumata görə, nazirliyin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.