12 dekabr 2019 13:27
741

DİN metroda özünü qatarın altına atan şəxs barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Bakı Metropolitenində baş vermiş insidentlə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb. Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.