14 may 2019 13:24
311

DİQQƏT! Bu ərazilərdə təmir və rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonunun Yavər Əliyev və Asif Əsədullayev küçələrində axşam saatlarınadək, Yasamal rayonunun İnşaatçılar prospekti, həmçinin İzmir və Bakıxanov küçələrində isə axşam saat 22:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.