30 sentyabr 2020 09:43
845

"Disney" 28 min işçisini ixtisara salacaq

Amerikanın "Walt Disney" şirkəti pandemiya fonunda yaranan iqtisadi problemlərə görə bir sıra parklarının uzun müddətə bağlanması səbəbindən 28 min işçisini ixtisara salacaq.

Trend TASS-a istinadən xəbər verir ki, pandemiya başlamazdan əvvəl "Disney" parklarında 100 mindən çox işçi çalışıb.

"Bu addım ürəkaçan olmasa da, COVID-19-un işimizə uzunmüddətli təsiri baxımından qəbul edə biləcəyimiz yeganə seçimdir", - şirkətdən bildirilib.