17 oktyabr 2019 13:12
502

DMX 61 791 şəxsi işlə təmin edib

      Cari ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən  61 791 nəfər  işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.

ƏƏSMN-dan “İki sahil”ə verilən məlumata görə, onlardan 21 978-i qadınlardır.

Həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989-u gənclər, 3676-sı məcburi köçkünlər, 1805-i isə əlilliyi olan şəxslər olub.