10 avqust 2019 17:16
1122

Donald Tramp Hollivudu tənqid edib

ABŞ Prezidenti Donald Tramp Hollivudu tənqid edib. 

O, bu barədə “Twitter” səhifəsində yazıb.

Prezidentin sözlərinə görə, prokata çıxan filmlər xaos yaratmaq üçün çəkilir. Onların yaradıcıları zorakılığı təbliğ edən filmlər çəkir, sonra başqalarını günahlandırmağa çalışırlar.

Tramp deyib: “Liberal Hollivud son dərəcə irqçidir, nifrət və kin doludur”. Prezident əlavə edib ki, Hollivudda insanlar özlərini elita sayırlar, lakin əslində belə deyildir. Əsl elita Hollivuda qarşıdır.

Xatırladaq ki, ötən il Qərbi Hollivud şəhərinin administrasiyası qonşu rayonda yerləşən “Şöhrət xiyabanı”ndan ABŞ Prezidenti Donald Trampın ulduzunu götürmək barədə qərar qəbul edib.