25 sentyabr 2020 13:52
705

Dövlət Komitəsinə 42,5 milyon manat ayrıldı SƏRƏNCAM

Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 42,5 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat ayrılıb.