17 yanvar 2019 17:19
385

Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 22-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.

Dövlət Komitəsindən bildiriblər ki, qəbul Siyəzən şəhər Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Eynulla Nurullayev

Əlaqə vasitələri:

Mobil: (050) 772-91-25

Telefon: (023) 335 22 70

Elektron poçt ünvanları:

[email protected]

[email protected]

[email protected]