23 yanvar 2021 23:05
754

Dövlət Neft Fondunun qızıl ehtiyatları artıb

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyyatları 0,6 ton artıb.

"İki sahil" Neft Fondunun 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,8 ton olub.

Keçən ilin əvvəlinə olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın həcmi 101,2 ton idi. Beləliklə də, Neft Fondu 2020-ci ildə 0,6 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 14,2 faizini, ABŞ dolları portfelinin isə 6 milyard 170,8 milyon dollarlıq hissəsi təşkil edir.