11 aprel 2019 20:10
490

Dünya BU QADINDAN DANIŞIR!

Ötən gün Yer kürəsi tarixdə ilk dəfə qalaktikada var olan qara dəliyin real fotosunu gördü. Kosmos elmi sahəsində son illərin ən əhəmiyyətli irəliləyişlərindən hesab olunan bu hadisənin səbəbkarı isə gənc bir elm adamıdır. Özü də qadın!

Sözügedən şəxs 29 yaşlı kompüter mühəndisi, Massaçusets Texnologiya Universitetinin magistrı, Kaliforniya Universitetinin dosenti Keyti Boumandır.

Dünyadan 500 katrilyon km, təxminən 53 milyon işıq ili uzaqlıqda yerləşən qara dəliyin fotosunu çəkmək üçün 200-dən çox elm adamı bir araya gəlmişdi. Bouman bu insanlar arasında ən kritik nöqtədə dayanmışdı. Onun 3 ildir üzərində işlədiyi alqorifm sayəsində dünyanın 8 fərqli nöqtəsindəki teleskopların əldə etdiyi bilgilər bir araya gətirilib. Bouman məsələ ilə bağlı açıqlamasında tək bir teleskopdan əldə edilməsi mümkün olmayan nəticənin onun alqorifmi sayəsində ərsəyə gəldiyini deyib. O, birlikdə işlədiyi komandaya təşəkkür etməyi unutmayıb.

Qeyd edək ki, 200 nəfərlik araşdırmaçı heyətin əksəriyyəti Harvard Universitetinin astrofizikləri, mühəndisləri və astronomlarından ibarət olub. //publika.az