14 avqust 2019 10:17
298

Dünya şöhrətli meqastar Tarkan Avropada konsert verəcək

Türkiyənin dünya şöhrətli meqastarı Tarkan İstanbulun Harbiyə Cəmil Topuzlu Açıqhava Teatrında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla bildirir ki , sentyabrın 21-də reallaşacaq konsert 23-dək davam edəcək.

Eyni zamanda, Tarkan oktyabrın 6-da Londonda, oktyabrın 26-da Münhendə konsert verəcək. Meqastar noyabrın 14-də Amsterdamda, 16-da Vyanda, 30-da isə Zürühdə çıxış edəcək. Dekabrın 21-də isə müğənninin Almaniyanın Köln şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edəcəyi gözlənilir.

Konsertdə o, yeni albomlarından və repertuarında sevilən digər pop mahnıları səsləndirəcək.