21 sentyabr 2020 00:16
797

Dünyada yoluxma sayı 31 milyon nəfəri ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 31 milyon nəfəri ötüb.

“İki sahil” xəbər verir ki, pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına götə, sentyabrın 19-da dünya üzrə 291 min 196 nəfər koronavirus infeksiyasına yoluxub, 5 min 141 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyədək koronavirus infeksiyasına 31 milyon 42 minə yaxın 990 yoluxma və 962 min 413 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 22 milyon 647 min 901 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 431 min xəstədən 61 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.