27 iyul 2020 10:53
1490

Dünyagörüşünüzü artıracaq maraqlı faktlar - FOTO

İnsan ensiklopediyalar, elmi ədəbiyyat nə qədər oxusa belə, bilib-eşitmədiyi maraqlı faktlarla qarşılaşır. Aşağıda dünyanın hələ də nə qədər maraqlı faktlarla dolu olduğunu göstərən məlumatlarla tanış ola bilərsiniz:

Çin yer üzündə ən çox dindən uzaq olan ölkədir. Amerikanın “Gallup” İctimai Fikir İnstitutunun 2015-ci ildə keçirdiyi sorğu nəticəsində Çin sakinlərinin 90% -nin ateist və ya dinsiz olduqları açıqlandı.

2017-ci ildə Amerikanın Santa-Klara şəhərində komik bir hadisə baş verdi: oğrular “Roambee” korporasiyasından GPS izləyicilərini oğurladılar. Təbii ki, bu böyük İT şirkəti cihazlarının yerini izləmək və polisə bildirməkdə çətinlik çəkməmişdir. Bir neçə saatdan sonra oğrular rahatlıqla tapıldı.

Bəzi mənbələrə görə, zəhərli ağcaqanadların səbəb olduğu malyariya xəstəliyi bəşəriyyətin tarixi boyu 50 milyard insanın həyatına son qoyub. Demoqrafların hesablamalarına görə isə indiyədək Yer üzündə dünyaya gəlmiş insan sayı təxminən 100 milyard təşkil edir.

“Bluetooth” sözü ingilis dilinə Danimarka dilindən “Blatand” sözündən keçib, elə “mavi diş” anlamına gəlir.

Bu termin X əsrdə Danimarkada yaşayan viking kralı Mavidiş ləqəbli I Haraldın adından yaranıb. Bu padşahın tünd rəngli bir ön dişi vardı. I Harald, bir-birinə qarşı döyüşən Danimarka qəbilələrini vahid bir krallıqda birləşdirə bildi. “Bluetooth” texnologiyası da rabitə protokolları ilə eyni universal standarta birləşərək bunu edir.

Yaponiya kralı Akihito ötən illərdə səhhəti ilə bağlı taxt-tacdan imtina edərək istefa etdi. Bu, son iki yüz il ərzində gündoğan ölkə Yaponiyada ilk dəfə kralın öz xoşuna taxtdan getməsi hadisəsi idi.

Silikon sahə üzlüklü tranzistorlar bəşər tarixində ən kütləvi istehsal edilən texniki məhsuldur. Məsələn, təkcə 2003-cü ildə, o qədər çox tranzistor istehsal edildi ki, Yer kürəsində adam başına 100 milyon ədəd düşürdü.

Kanadada 2 milyondan çox böyük və kiçik göl var, bunlar dünyanın şirin su ehtiyatının təxminən 20% -ni təşkil edir. Göllər o qədər çoxdur ki, onların sayı barədə dəqiq məlumat yoxdur.

İngilislərin müstəmləkələri tarix kitablarının əsas hissəsini təşkil etsə də, 200-ə yaxın ölkənin tarixinin təhlili göstərdi ki, dünyada müxtəlif illərdə ingilislərin işğal etdiyi cəmi 22 ölkə var.

Endi Corc adlı oğlan bir sendviç üçün lazım olan ərzaqların hamısını özü hazırlamaq qərarına gəlib. Bunun üçün o, tərəvəzlər və taxıl əkib, dəniz suyundan duz əldə edib, inəkdən süd sağaraq pendir düzəldib, taxılı üyüdərək, un alıb və s. Beləcə Endi bir sendviçin yaranmasına yarım il vaxt və 1500 dollar pul sərf etmişdi.

Tədqiqatçılar müəyyən ediblər ki, yarasalar bir-biriləri ilə individual ünsiyyət qura bilirlər və tez-tez mübahisə edirlər.

Sevdiyiniz birisi sizi rədd etdikdə beyniniz eynilə fiziki ağrılara verdiyi şəkildə reaksiya verir.

1990-cı il noyabrın 27-də Məhəmməd Əli Səddam Hüseyn ilə fərdi görüş keçirdi və danışıqların mövzusu İraq və Küveytdəki amerikalı girovların sərbəst buraxılması idi. Bir neçə gündən sonra boksçu İraqdan azadlığa buraxılan 15 məhbusu müşayiət etdi, bununla da dünyada hörmətini artırdı.

İnsanın ömrü boyunca böyüyə bilən iki bədən üzvü var: qulaqları və burnu.

Qarışqalar hər 12 saatda 8 dəqiqə yatırlar. Üstəlik, işgüzar qarışqaların beyninin fəaliyyəti yuxu zamanı da kifayət qədər fəal qalır.

24 may 1987-ci ildə Amerikanın simvollarından sayılan, San-Fransiskoda yerləşən “Qızıl Qapı” körpüsünün açılışının 50 illiyi qeyd edilirdi. Bu münasibətlə 300 min insan körpüyə gələrək bir neçə saat orada qaldı. Çox böyük çəki səbəbində körpünün orta hissəsi 213 sm əyilmişdi. Daha yarım milyon insanın körpüyə çıxmaq istəməsinə baxmayaraq, səlahiyyətli orqanlar körpünü bağlamalı olmuşdular.

Nubar Süleymanova, “İki sahil”