23 yanvar 2020 20:12
2154

Dünyanın ən bahalı 7 qidası..

Zəfəran

Zəfəran illərdir dünyanın ən bahalı ədvası adını qoruyub saxlayır. Ölkəmizdə də yetişən və dünyanın ən bahalı ədvası olan zəfərana, ümumiyyətlə, Yunanıstan, Mərakeş, İran və Asiya mətbəxlərində üstünlük verilir. Keyfiyyətindən asılı olaraq dəyəri 1 kiloqram üçün 3500 ilə 160.000 ABŞ dolları arasında dəyişir.

Zəfəran toplanması olduqca tələbkar və ciddi bir işçi qüvvəsi tələb edir. 1 kq zəfəran əldə etmək üçün 250.000 zəfəran çiçəyi tələb olunur və onları toplamaq üçün 600 saat lazımdır. Bundan əlavə, hər zəfəran çiçəyi yalnız üç tel zəfərana sahibdir və ildə yalnız 2 dəfə çiçək açır. Bu səbəbdən diqqətli olmaq gərəklidir. Zəfəran adı altında digər məhsullar bazarda çox aşağı qiymətə satıla bilər. Satışa çıxarılan bu məhsulların böyük bir hissəsi əslində zəfəran adlanan fərqli bir bitkidir. Bənzər görünsə də, zəfəran bitkisinin olub-olmadığına əmin olmaq lazımdır.

Ağ truffle göbələk

Dünyadakı ən qiymətli göbələklərdən biri və böyüməsi olduqca çətin olan bu göbələk növünün 1 kiloqramının təxmini qiyməti 10 min dollardır. Bəzən qiymətlər 20 min dollara qədər qalxa bilər. İtaliya və Fransada böyüdülən trüfle növlərindən ən çox Michelin’in ulduz aşpazları istifadə edirlər.

Beluqa kürüsü

Nərə balığının ən böyüyü olan, nəsli kəsilmə təhlükəsi altında olan və yalnız Xəzər dənizində olan Belugadan çıxarılmış bu kürünün çəkisi təxminən 3-7 min arasındadır. Bu kürünün ağ rəngi çox nadir tapılır və buna görə də daha bahalıdır.

Chocopologie (Le Madeleine au Truffe)

Danimarkalı Fritz Knipschildt tərəfindən yaradılan Le Madeline au Truffle adlı şokolad 3000 manatdan satılır. Tamamilə əl işi və təbii inqrediyentlərdən hazırlanan bu şokoladın bəzədilməsində saf qızıl tozundan istifadə olunur.

Matsutake göbələyi

Dünyadakı nadir göbələk növlərindən olan bu göbələk trüffle göbələklərinə bənzəyir, lakin daha çox yapon mətbəxində istifadə olunur. Təqribi 800 dollar civarında ala biləcəyiniz bu güclü ətirli göbələk çeşidi Kanada, İsveç, Yaponiya, Amerika, Çin və Finlandiyada, eləcə də Yaponiyada yetişdirilir.

Samirə İsmayılova, “İki sahil”