14 mart 2019 12:09
3399

Dünyanın ən bahalı brilyantları

Dünyanın ən bahalı brilyantı azdır. Onlar rənglərinə, sahiblərinə görə dəyərli hesab olunurlar. Dünyanın ən bahalı brilyantlarını sizə təqdim edirik.

“ARCHDUKE JOSEPH” - 21,4 milyon dollar

76,02 karata malik olan bu brilyant daş 2012-ci ilin noyabr ayında hərracda 21,4 milyon dollara satılıb.

Bu brilyant növü hərracda satılan brilyantların içərisində ən bahalısı olub. Gözəl, ağ və dəyərli daş Hindistanda əldə olunub və bu daş İosif Avqustun şərəfinə adlandırılıb.

“THE GRAFF PINK” - 46 milyon dollar

“Graff Pink” brilyantının çəkisi 24,78 karatdır. Almazın tarixi natamamdır. Bu brilyant 2010-cu ildə hərraca çıxarılıb və 27 milyon dollara qiymətləndirilib. Lakin bu daş hərracda 46 milyon dollara satılıb. O zaman bu almaz daşın adı fərqli olub. Bu daşı məşhur İngilis zərgər Qraff Lourens öz şərəfinə adlandırıb.

“WITTLSBACH” - 80 milyon dollar

Bu tünd - göy almaz parlaqlığı və aydınlığı ilə gözləri qamaşdırır. Bu dəyərli daş 2008-ci ildə yenə də məşhur ingilis zərgəri Lourens Qraff tərəfindən 16,4 milyon avroya satın alınmışdı.

Lourens bahalı daşın sahibi olduqdan sonra daşı parçalara ayıraraq bir iki çatışmayan hissələrini aradan qaldırmışdı. Bundan sonra, daşın çəkisi 4 karat aşağı düşüb və daş tanınmaz hala qalıb. Lakin bütün bunlara baxmayaraq brilyantın qiyməti 80 milyon dollar dəyərində qiymətləndirilib.

“PINK STAR” 83.19 milyon dollar

Daha bir çəhrayı brilyantın çəkisi 59,60 karat dəyərindədir. Bu daş Cənubi Afrikada aşkar edilib və 1999 - cu ildə dünyanın ən böyük daşı kimi tanınıb. Hazırda bu daş reytinq cədvəlində ən yüksək yerdə durur.

Çəhrayı daşın satış qiyməti 2007-ci ilə qədər məlum olmayıb. Lakin 2013-cü ildə “Sotheby’S” hərracında 83,19 milyon dollara satılıb. İndiyə qədər alıcı hələ də pulu ödəməyib və “Sotheby’S” invertariyasının bir hissəsi kimi durur. Bu səbəbdən daşın qiyməti dəyişilməz olaraq 83,19 milyon dollar dəyərində qalıb.

“CENTENARY DIAMOND” - 90 milyon dollar

“Yüzillik almaz” dünyanın ən məşhur berili (bahalı daş) hesab olunur. Onun dəyəri 273,85 karatdır. Bu gün rənginə və şəffaflığına görə, dünyanın ən böyük brilyant daşı hesab olunur.

Brilyant nəhəng “De Birs” almaz zavodunun 100 illiyi şərəfinə bu ada layiq görülmüşdü. Amerikanın “Gia” şirkəti bu daşı mükəmməlliyinə görə, şəffaf daş adlandırmışdı. Bu brilyant heç zaman publika qarşısında qiymətləndirilməyib, ekspertlərin fikirlərinə görə, daşın təxmini qiymətinin 90 milyon dollar olduğunu bildiriblər.

“Cullınan” 200 milyon dollar

 Daşın adı mədən sahibi olan Tomas Kullianın şərəfinə adlandırılıb. Hesab olunur ki, mədənin sahibi təsadüfən parlaq əşyanı yerdə görür və o bununla dünyanın ən nəhəng almaz daşını aşkar etmiş olur. Almazın dəyəri 3,106,75 karat olub. İlk öncə zərgərlər daşa qiymət qoya bilməyiblər, səbəbi isə bu qədər dəyərli daşın olduğuna inanmamaqları olub. Lakin sonralar onlar nə qədər dəyərli bir daşın əllərindən çıxdıqlarının şahidi olublar. 1907-ci ildə “Kullian” Böyük Britaniyanın kralı VII Eduarda hədiyyə olunub.

Könül Cavid, “İki sahil”