18 mart 2019 11:00
3750

Dünyanın ən bahalı şəkilləri - FOTO

Piter Likom: “Fantom” (6,5 milyon dollar)

1999-cu ildə Piter Likom tərəfindən “fantom” adı verilmiş bu şəkil 6,5 milyon dəyərində qiymətləndirilib. Hələlik bu şəkil dünya tarixində ən bahalı şəkil hesab olunur. Piter Lik bu şəkli Arizona ştatında Antilop kanyonunda (dərin dar dərə) olarkən çəkib.

Andreas Qurski: “Reyn-II” (4,33 milyon dollar)

Alman müəllif Andreas Qurski 1999-cu ildə çəkdiyi şəkilə  “Reyn-II” adı verilib. Bu foto işinin qiyməti insanı heyrətə gətirir: 4,33 milyon dollar. Məşhur fotorəssam Qurskinin kolleksiyasında daha bir neçə foto milyon dollarlara satılıb. Şəkildə Almaniyada yerləşən Reyn çayı əks olunub. Bu, “Reyn” seriyasından olan bir şəkil olub. Şəkil 2011-ci ildə “Christie’s” hərracında satışa çıxarılıb. İlk sahibi Monika Şpryut adına Köln qalereyası olub, sonra isə naməlum şəxs tərəfindən alınıb.

Sindi Şerman: “№ 96” (3,89 milyon dollar)

Amerikadan olan ekstravaqant fotorəssam Sindi Şerman səhnə şəkillərini xüsusi texnika ilə hazırlayıb. Onun ən bahalı və məşhur “№ 96” fotoşəkili 1981-ci ildə çəkilib. Şəkil 3 890 min dollara əldə olunub. Şəkildə narıncı saç və geyimdə olan bir qız təsvir olunub. Özünü rəssam - performanist adlandıran Sindi Şerman fotoya xüsusi məna verir. Şəkil 2011-ci ildə “Christie’s” hərracında satışa çıxarılmışdı.

Ceff Uoll: “Ölü əsgərlər danışır” (3,66 milyon dollar)

“Ölü əsgərlər danışır” şəkili əslində heç də adi şəkil deyil. Bu Ceff Uoll tərəfindən yaradılmış fotokollajdır. 1992-ci ildə bu şəkil hərracda 3,66 milyon dollara satılıb. Çox real görünən foto əslində tərtib olunmuş şəkil idi. Qrimlənən və xüsusi geyindirilmiş personajlar ilə şəkil studiya şəraitində çəkilib.

Riçard Prins “Kovboy” (3,4 milyon dollar)

2001-2007-ci illərdə Riçard Prins “Marlboro” reklamı üçün şəkil çəkir və adını “Kovboy” qoyur. 2007-ci ildə “Kovboy” “Christie’s” hərracında 3,4 milyon dollara satılır.

Andreas Qruski “99 çent” (3,3 milyon dollar)

Andreas Qurskinin əsərlərindən biri, daha doğrusu ikisi. Bu iki foto adi bir mağazanın interyerini əks etdirir. Hansı ki, orada hər şey 99 sentə satılıb. Bu adi görünən şəkil 2007-ci ildə 3,3 milyon dollara satılıb.

Dmitri Medvedev: “Tobolsk Kreml” (1,7 milyon dollar)

“Tobolsk Kreml” fotosu xeyriyyəçilik məqsədi ilə hərracda satışa çıxarılıb. Bu şəkili 2009-cu ildə 1,7 milyon dollara satılıb. Bu şəkil 2009-cu ildə eks-prezident Dmitri Medvedev tərəfindən ekskursiya zamanı səmadan çəkilmişdir.

Riçard Avedon: “Dovima və fil” (1,15 milyon dollar)

1955-ci ildə sərgilərin birində Riçard Avedon özünün “Dovima və fil” şəklini nümayiş etdirmişdi. 2010-cu ildə “Christie’s” hərracında 1,15 milyon dollara satılmışdı.

Bəs siz necə, bu şəkilləri əldə etmək üçün bu qədər pul verərdinizmi?

Könül Cavid, “İki sahil”