17 yanvar 2020 17:16
869

Dünyanın ən böyük təyyarələrindən biri İstanbula məcburi eniş edib

"Tai" aviaşirkətinə məxsus və Banqkokdan-Frankfurta səfər edən dünyanın ən böyük təyyarələrindən olan "Airbus A380" İstanbulun yeni hava limanına məcburi eniş edib.

Hadisə təyyarədə Almaniya vətəndaşı olan bir sərnişinin səhhətində yaranan problem səbəbilə baş verib. Vəziyyəti pisləşən sərnişin İstanbul xəstəxanalarından birinə yerləşdirilib. Daha sonra təyyarə səfərini davam etdirib.

Qeyd edək ki, bu, İstanbula eniş edən ilk "Airbus A380" model təyyarədir. Bu növ təyyarələrin İstanbula eniş edəcəyi tək aeroport İstanbul hava limanıdır.

Xatırladaq ki, “Airbus A380" dünyada ən geniş gövdəyə sahib, 850 sərnişin daşıya bilən ikimərtəbəli təyyarəsidir. Onun qanadlarının genişliyi 80 metrdir. //AZƏRTAC