14 avqust 2019 16:33
222

Dünyanın ən iri pinqvininin qalıqları tapıldı

Yeni Zelandiyada dünyanın ən iri pinqvininin qalıqları aşkar edilib.

Trend-in məlumatına görə, qalıqlar bir qrup arxeoloq tərəfindən Vaypara şəhəri yaxınlığında aparılan qazıntılar zamanı tapılıb.

Qeyd olunur ki, həmin pinqvinin boyu 1,6 metr, çəkisi isə 80 kiloqram olub. Arxeoloqlar aparılan tədqiqata əsasən, bu quşun Paleosen dövründə - 66 milyon il öncə yaşadığını qeyd edirlər.

Bu gün yaşayan ən iri pinqvindən 40 santimetr böyük olan nəhəng pinqvinə “Crossvallia waiparensis” adı verilib.