28 iyul 2020 10:33
2642

Dünyanın ən kiçik ölkələri

Planetimizdə bir rayonun ərazisində yerləşə biləcək olduqca az sayda ölkə var. Bir qayda olaraq, belə yerlər çox maraqlı və ekzotik sayılır. Onların əksəriyyəti az məlum olsa da,  bu ölkələr haqqında ətraflı məlumatları “Dünyanın ən kiçik ölkələri” reytinqində görə bilərik. Çaşmamağınız üçün qeyd etmək istərdik ki, ərazi- mədəniyyət, torpaq sahəsi və tarixlə birləşən bir cəmiyyətdir. Əgər bu cəmiyyət təcrid olunmuşdursa, hətta asılı belə olsa, deməli, bu, artıq bir ölkədir. Ancaq ölkə eyni zamanda müəyyən sərhədə, suverenliyə,  yəni siyasi azadlığa sahibdirsə, deməli, qarşınızda dövlət var. Bu yazıda ən kiçik ölkələri təqdim edirik.

Maldiv adaları (298 kv.km)

Hind okeanında 2 min adadan ibarət olan Maldiv adaları 1965-ci ildə Böyük Britaniyanın müstəmləkisindən ayrılaraq müstəqil oldu.

Maldiv və ingilis dillərində danışan 181 min sakin yaşam üçün gəlirini  turizmdən əldə edir.

Müqəddəs Kitts və Nevis Federasiyası (269 kv. km)

Karib ölkəsində 41.000 ingilis dilli insan yaşayır. 1983-cü ildə Müqəddəs Kitts və Nevis müstəqil olaraq tanınıblar.

Burada gəlir şəkər, qabıqlı dəniz məhsulları, elektronika və yüngül sənaye mallarının ixracından əldə olunur.

Seyşel Adaları (217 sq. km)

Seyşel adaları Afrikanın ən kiçik dövlətidir. 1976-cı ilə qədər Böyük Britaniyaya tabe idi. 69 min yerli sakin müstəqil olduqdan sonra burada kreol, ingilis və fransız dillərində danışırlar. Sakinlər əsas gəlirlərini turizmdən əldə edirlər.

Marşal adaları (180 kv. km)

Marşal Adaları mərcan adaları və qayaların arxipelaqıdır. Bu kiçik dövlətin əhalisi 52 min nəfərdir. Dövlət dili ingilisdilidir. Formal olaraq adalar 1986-cı ildə müstəqil olmalarına baxmayaraq Britaniya tacına tabedirlər. Ada kopra, balıq və fosfat ticarəti ilə məşğuldur. Son zamanlarda turizm xəzinə üçün mühüm pul mənbəyinə çevrilmişdir.

Lixtenşteyn (160 kv. km)

Bu kiçik dövlət Avstriya ilə İsveçrə arasındakı Alp dağlarında yerləşir. Ölkədə təxminən 29 min insan yaşayır. Lixtenşteyn qida məhsullarının ixracı, ştamplar, mikroçiplər və diş alətləri satmaqla yaşayır. Eyni zamanda, dövlət yüksək həyat səviyyəsi və əla maliyyə xidmətləri sistemi olan kifayət qədər inkişaf etmiş bir sənaye ölkəsidir.

Monako (1.96 kv. km)

Monako “Dünyanın ən kiçik ölkələri” siyahısında ikinci yeri tutur Bu cırtdan dövlətin sahəsi demək olar ki, iki kvadrat kilometrdir və hər birinin təxminən 24 min əhalisi var. Genuyadan olan Grimaldi ailəsi son yeddi əsr ərzində burada hökmranlıq edirdi. İndi isə Şahzadə tərəfindən Milli Şura ilə birlikdə idarə edilir.

Birdən beşə qədər - bu Monakonun yerli xalqının ziyarətçilərə nisbətidir. Səbəb isə olduqca uzun müddət ölkədə gəlir vergisinin olmaması idi. Buna görə varlı əcnəbilər, iş adamları və iri şirkətlərin sahibləri buraya axın-axın gəlirdilər. Varlı sahibkarlarının kapitalı ilə qonşu dövlətə axınından narazı qalan Fransa hakimiyyəti ilə uzun mübahisədən sonra Monakoda gəlir vergisi tətbiq olundu. Lakin bu dəyişiklik yerli xalqlara təsir göstərmədi.

Dünyanın ən kiçik ölkəsi 0,44 kv. km. olan Vatikandır

Bu ölkə kiçik olsa da, lakin çox güclüdür. Vatikan Katolik Kilsəsinin Müqəddəs Taxtının müstəqil ərazisidir. Əslində isə Vatikan Katolik Kilsəsinin rəhbərinin oturacağıdır.

Romanın ərazisində yerləşən, ərazisi bir qolf meydançası ilə müqayisə edilə biləcək dünyanın ən kiçik ölkəsidir. Əhalisi 770 nəfərdir. Sakinlər burada işləyənlər hesab olunur. Ölkəni dünyanın ən kiçik qədim ordusu, İsveçrə mühafizəçisi qoruyur. Bu, İsveçrə tacirləri tərəfindən 1506-cı ildə yaranmışdır. İndi ordu cəmi 100 nəfərdən ibarətdi. Onların hər biri İsveçrə vətəndaşıdır.

Samirə İsmayılova, “İki sahil”