24 yanvar 2020 12:37
1502

Dünyanın ən kiçik qızıl sikkəsi buraxılıb

İsveçrə zərbxanası dünyanın ən kiçik qızıl sikkəsini istehsal edib.

Üzərində Albert Eynşteynin məşhur şəkli əks olunan sikkənin dəyəri İsveçrə frankının dörddə birinə bərabərdir.

Qızıl sikkənin çəkisi 60 milliqram, diametri isə təxminən 3 millimetrdir.

Sikkədə təsvir olunan şəkli adi gözlə görmək mümkün olmadığı üçün pul böyüdücü şüşə və işıqlandırma qurğusu ilə birgə buraxılıb. //Trend