18 fevral 2019 11:01
1839

Dünyanın ən qəribə və maraqlı vəsiyyətnamələri

Bəzi varlı və məşhur insanlar çox qəribə və təəccüblü vəsiyyətnamələri ilə öz adlarını tarixə  həkk ediblər. Onların vəsiyyətnamələri ictimaiyyət üçün gerçək bir sensasiya halına çevrilib. Bu gün biz tarixə öz qeyri - adi vəsiyyətləri ilə adlarını yazmış məşhurlar haqqında danışacağıq. Onların hansı məqsədləri güdməklərinə baxmayaraq, illər ötsə belə  adları hələ də yaddaşlarda qalacaq.

Samuel Bratt

Siqaret aludəçisi olan varlı cənab Bratt ölüm yatağında olduğu zaman həyat yoldaşından qisas almağa çalışıb. Həyat yoldaşı onun bu pis vərdişi ilə mübarizə apardığı üçün, Bratt öz vəsiyyətnaməsində qeyri - adi şərt irəli sürüb. Belə ki, əgər  həyat yoldaşı hər gün  beş ədəd siqar çəkərsə, yalnız o zaman Samuel Brattın sərvəti ona həvalə olunacaqdı. Xatırladaq ki, həmin vaxtda Brattın sərvəti 330 min funt dəyərində idi.

Leona Hemsli

Ekssentrik milyoner qadının son vəsiyyəti belə idi ki, onun ölümündən sonra doğma nəvələrinin hər biri 5 milyon dollar dəyərində vəsaitə sahib olsunlar, sevimli itinə isə bu məbləğin iki qatı verilsin. Hemslinin istəyinə əsasən  onun iti öldüyü zaman sahibəsinin yanında,  xüsusi mavzoleydə basdırılması üçün 1,5 milyon dollar vəsait xərclənsin.

Qenri Ford

Məşhur maqnat ölümündən sonra xeyriyyəçilik məqsədi ilə yarım milyard dollar sərvət qoyur. Onun istəyinə görə, pulların hamısı 4 min təhsil və xeyriyyəçilik məqsədinə sərf olunmalı idi. Bugünkü gün bu vəsiyyət tarixdə ən bahalı bağışlama hesab olunur.

Cin Rodenberri

Məşhur “Ulduz yolu” françayzinqi (imtiyazçı) özünə “fantastik” dəfn mərasimi təşkil edib. Hələ yaşadığı  dövrdə onun vəsiyyəti, öldüyü zaman cəsədinin kremasiya (yandırmaq) olunması və cəsədin küllərinin kosmosda səpilməsi idi. Rodenberrin istəyi vəsiyyət etdiyi  kimi həyata keçirildi.

Ancel Pantoyn

Porto Rikolu qətlə yetirilərək öldürülür. Hələ də bu günə kimi onun qatili müəyyən olunmayıb. Doğma qardaşı dünyasını dəyişmiş Ancel Pantoynonun istəyini səsləndirərək bildirmişdi ki, onun arzusu anasının evində yaşamaq və  ayaqları üzərində möhkəm durmağı bacarmaq idi. Qohumları onun bu arzusunu qeyri - adi şəkildə yerinə yetirməyi qərara alirlar və  Pantoynonun cəsədini  xüsusi dərmanın hesabına anasını evində şaquli vəziyyətdə evin bir küncünə yerləşdirilir.

Qenrix Qeyn

Məşhur şair Qeyni həyatı boyu səfeh, intriqaçı və qəddar qadın Yevgeniey Mirat ilə ailə həyatı qurduğuna görə peşman olub. Qenrix yazdığı vəsiyyətdə ölümündən sonra sərvətinin həyat yoldaşına verilməsi şərtini belə bildirib: ölümündən sonra həyat yoldaşı qanuni şəkildə başqa birisi ilə ailə qurmuş olsa bütün miras ona veriləcəkdi. Səbəbi isə çox maraqlıdır. Qenrix Qeyn hesab edirdi ki, bu üsulla bir nəfər belə olsa onu başa düşəcək və onun keçirdiyi həyata kədərlənəcək

Gördüyünüz kimi, insanlar bu imkanı müxtəlif cür dəyərləndirirlər: kimisi qisas almaq üçün, kimisi isə xeyriyyəçilik naminə. İnsanın son arzusu necə olacaq, bu hər kəsin öz seçimidir. Lakin istənilən halda bu qərarlar insanın necə həyat sürdüyünü və gələcək nəslin onun haqqında hansı xatirələri yaddaşlarda saxlayacaqlarını müəyyən edəcək.

Könül Əliyeva, “İki sahil”